...

Bərdədə Doğum Evində uşaq ölümü qeydə alınıb

Cəmiyyət Materials 12 İyul 2016 11:42 (UTC +04:00)
Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.
Bərdədə Doğum Evində uşaq ölümü qeydə alınıb

Bakı. Trend:

Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, Bərdə rayonu Gərənə kənd sakini, hazırda Qaradəmirçi kəndində yaşayan, 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.

Məlumatda qeyd olunur ki, hamiləliyinin 7-ci ayında olan A.Qocayevanın dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır. Doğuşu həyata keçirən Tahirə adlı həkim xəstənin valideynlərinə doğuşun qaydasında aparıldığını bildirib. O uşaq ölümünü erkən doğuşla əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti