...

Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni maaş CƏDVƏLİ

Cəmiyyət Materials 15 İyul 2016 16:42 (UTC +04:00)
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri təsdiq edilib
Diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin yeni maaş CƏDVƏLİ

Bakı. Trend:

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğləri təsdiq edilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilib.

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla,

aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilə qədər olduqda

pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda

pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda

pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda

pedaqoji staj 18 ildən çox olduqda

Ali təhsilli

350

375

395

420

450

Orta ixtisas təhsilli

320

335

350

370

385

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər

Aylıq

vəzifə

maaşı

(manatla)

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər

230

Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər

240

Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər

250

Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən artıq; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan

265

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr:

Sinif rəhbərliyinə görə (manatla)

Ümumtəhsil internat məktəblərində, lisey və gimnaziyalarda (o cümlədən, ümumi təhsil müəssisələrinin lisey siniflərində) tədris edilən dərs saatına görə (faizlə)

Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlərə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə; ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinə (manatla)

Bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılmasına görə* (manatla)

siniflərin sayı 10-dan 19-a qədər olduqda

siniflərin sayı 20-dən 29-a qədər olduqda

siniflərin sayı 30 və daha çox olduqda

40

15

45

55

110

165

­Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti