...

Son yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət

Cəmiyyət Materials 25 İyul 2016 15:32 (UTC +04:00)
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Son yağışlardan sonra çay və transsərhəd çaylarda mövcud vəziyyət

Bakı. Trend:

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-80, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət iyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 45 m3/s olmaqla ongünlük normanın 29 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 20 m3/s təşkil edərək ongünlük normanın 23 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində və Araz çayının Novruzlu məntəqəsində 8, Bankədə 3 sm azalma, Surrada isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 344 sm (2015-ci il iyulun 25-də 356 sm), Salyanda 122 sm (2015-ci il iyulun 25-də 133 sm), Bankədə 191 sm (2015-ci il iyulun 25-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2015-ci il iyulun 25-də 66 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti