...

Ölkədə aparılan islahatlar Qubada müzakirə edildi

Cəmiyyət Materials 25 İyul 2016 18:24 (UTC +04:00)
Konfrans müzakirələrlə davam etdirilib.
Ölkədə aparılan islahatlar Qubada müzakirə edildi

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə iyulun 25-də Quba şəhərinin Heydər Əliyev Mərkəzində "Yeni Hədəflərə Doğru" Vətəndaş Həmrəyliyinin gücləndirilməsi çərçivəsində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfrans keçirib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu barədə ətraflı danışıb.

O qeyd edib ki, həyata keçirilən genişmiqyaslı və fundamental islahatlar nəticəsində iqtisadi inkişafa, siyasi sabitliyə, qanunvericilik bazasının güclənməsinə nail olunub. Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsi, Elektron Hökumət portalının, "ASAN xidmət"in yaradılması və gömrük sistemində "bir pəncərə" prinsipinin tətbiq olunmasını aparılan islahatların tərkib hissəsi sayan R.Qonaqov Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklər edilməsinə dair sərəncamı haqqında geniş danışıb:

“Dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı Konstitusiya islahatları həyata keçirilir. Zaman keçdikcə, yeni siyasi situasiya yetişdikcə Konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Azərbaycanda prezidentli respublika quruluşu olduğu üçün ölkə başçısına geniş səlahiyyətlər verilməlidir. Bu dəyişikliklərin ən böyük müsbət təsiri, şübhəsiz ki, Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş lideri, cəmiyyətin etimadını doğrultmuş siyasi xadimi var və bu, Prezident İlham Əliyevdir. O, Azərbaycanda alternativsiz siyasi liderdir. Bu mənada hesab edirəm ki, prezidentlik müddətinin artırılması bütün parametrlər üzrə vacibdir”.

Quba Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova ölkədə, xüsusilə də Quba şəhərində görülən işlər barədə konfrans iştirakçılarına geniş məlumat verib. O bildirib ki, ölkədəki islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir.

Konfrans müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti