...

6 ayda avtomobil yollarında 100 minə yaxın ağac və kol əkilib

Cəmiyyət Materials 1 Avqust 2016 16:50 (UTC +04:00)
2016-cı ilin yanvar-iyun aylarında avtomobil yollarının təhkim zolağında 97 532 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
6 ayda avtomobil yollarında 100 minə yaxın ağac və kol əkilib

Trend-i buradan izləyin

Bakı. Trend:

2016-cı ilin yanvar-iyun aylarında avtomobil yollarının təhkim zolağında 97 532 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, qurumun Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində 86 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 91 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərirlər. Bu yaşıllıq sahələrinə su xəttləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

Ümumilikdə “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1551 km magistral avtomobil yolunun, 1829 km isə respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir.

Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 194 987 ədəd, o cümlədən 956 638 ədəd çoxillik ağac mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti