...

Ölən hamilə qadın dövlət tibb müəssisələrində qeydiyyata alınmayıb (ÖZƏL)

Cəmiyyət Materials 31 Avqust 2016 15:15 (UTC +04:00)
Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı hamiləlik müddətində Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrində hamilə qadın kimi qeydiyyata alınmayıb.
Ölən hamilə qadın dövlət tibb müəssisələrində qeydiyyata alınmayıb (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızı hamiləlik müddətində Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrində hamilə qadın kimi qeydiyyata alınmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib.

D.Babayevanın Dövlət Sərhəd Xidmətinin hospitalında ginekoloq müayinələrindən keçdiyini bildirən baş mama-ginekoloqun sözlərinə görə, bu səbəbdən qadının hamiləliyinin necə keçdiyi, hamiləlik zamanı hər hansı patologiyanın olub-olmaması barədə fikir yürüdə bilməzlər: “Yaxınlarının bildirdiyinə görə, ölüm qarpızdan zəhərlənmədən olub. Meyit artıq təşrih olunub. 24 saat ərzində materiallar Doğuşayardım Komissiyasına təqdim olunmalıdır. Materiallar komissiyaya təqdim olunduqdan sonra bizdə həmin qadının hamiləlik dövrü ilə bağlı bütün məlumatlar olacaq. Qısa müddət ərzində işə baxılıb müvafiq rəy veriləcək”.

S.Məmmədova bunun D.Babayevanın ilk hamiləliyi olduğunu da söyləyib.

Qeyd edək ki, Babayeva Dilarə Aydın qızı 1 saylı şəhər xəstəxanasında vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti