...

AXCP sədrinin köməkçisinin apelyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 2 Sentyabr 2016 12:09 (UTC +04:00)
Faiq Əmirli barəsində Nəsimi rayon məhkəməsinidə çıxarılmış həbs qərarından verilən apelyasiya şikayətinə baxılıb.
AXCP sədrinin köməkçisinin apelyasiya şikayətinə baxılıb

Bakı. Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli barəsində Nəsimi rayon məhkəməsinidə çıxarılmış həbs qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə avqustun 22-də F.Əmirli barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə F.Əmirlinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, F.Əmirli avqustun 20-də saxlanılaraq Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham olunub.

F.Əmirliyə qarşı, həmçinin Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, onun avtomobilindən Fətullah terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti