...

Tərcümə Mərkəzi və Argentina səfirliyi növbəti nəşr layihəsinin təməlini qoydu

Cəmiyyət Materials 22 Sentyabr 2016 15:25 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, səfir məşhur Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Cuentopos de Gulubú” (“Qulubunun nağılları”) və “Dailan Kifki” (“Daylan Kifki”) kitablarını, həmçinin Klaudia Pineironun “Una suerte pequeña” (“Kiçik uğur”) əsərini Azərbaycan dilinə tərcümə və nəşr edilməsi üçün Mərkəzin direktoru Afaq Məsuda təqdim edib. İki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatlararası mübadilələrin xüsusi rolunu qeyd edən səfir adıçəkilən kitabların Azərbaycan oxucusunun marağına səbəb olacağına əminliyini ifadə edib.

Qeyd edək ki, bu ilin may ayında səfirliklə Mərkəzin ilk birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” əsəri Azərbaycan dilində işıq üzü görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti