...

Sabahın havası - güclü külək, yağış, şimşək

Cəmiyyət Materials 23 Sentyabr 2016 12:42 (UTC +04:00)
Sentyabrın 24-də Azərbaycan ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Sabahın havası - güclü külək, yağış, şimşək

Bakı. Trend:

Sentyabrın 24-də Azərbaycan ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Yarımadada havanın temperaturunun gecə 16-19° isti, gündüz 19-22° isti, Bakıda isə gecə 16-18° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Sentyabrın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda arabir yağışlı hava şəraiti, əvvəlki günlərlə nisbətən temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. 25-i gündüz, 26-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti