...

Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb

Cəmiyyət Materials 5 Oktyabr 2016 16:29 (UTC +04:00)
Azərbaycanda 24 nəfərə sümük iliyi köçürülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda indiyə kimi 24 nəfərə sümük iliyi köçürülüb.

Trend-in məlumatına görə, bunu Baş hematoloq Çingiz Əsədov deyib.

Azərbaycanda sümük iliyinin transplantasiyasına 2014-cü ilin mayın 9-dan başladıqlarını deyən C.Əsədov qeyd edib ki, sümük iliyi köçürülən şəxslərin 20-si böyük talassemiya, 4-ü aralıq talassemiya xəstəsi olub: "Bütün köçürmələr uğurla başa çatıb. Bu xəstələrə sümük iliyi köçürüldükdən sonra onların heç birinə nə qan köçürülüb, nə də dəmirqovucu preparat verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti