...

Azərbaycanda iqtisadi geologiya üzrə araşdırmalara başlanılacaq (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2016 16:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda yeni istiqamət olaraq tibbi geologiya sahəsində tədqiqatlar aparılır və yaxın gələcəkdə iqtisadi geologiya üzrə də araşdırmalara başlanılacaq.

İnstitutdan Trend-ə verilən məlumata görə, bunu İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının (İTHEA) direktoru Meir Zadok və Veyzman İnstitutunun İmmunnologiya fakültəsinin professoru Rut Arnon ilə keçirilən görüşdə GGİ-nin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov deyib.

M.Zadok İTHEA-nın GGİ ilə əməkdaşlıq edə biləcək təşkilatları və mütəxəssislərindən söz açıb. R.Anon qeyd edib ki, son illər İsraildə yeni neft-qaz yataqlarının aşkarlanması orada geoloji və geofiziki tədqiqatların önəmliliyini artırıb. Bu baxımdan qurumlar arasında əməkdaşlığın inkişafı zəruridir.

Görüşdə tərəflər əməkdaşlıq üçün konkret imkanları və müştərək tədqiqat sahələrini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti