...

Xüsusi əməliyyatda yol hərəkətində məhdudlaşdırma

Cəmiyyət Materials 13 Oktyabr 2016 11:23 (UTC +04:00)
Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.
Xüsusi əməliyyatda yol hərəkətində məhdudlaşdırma

Bakı. Elçin Mehdiyev – Trend:

Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqana yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırılmaq və ya qadağan etmək səlahiyyəti verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti