...

Sergey Lebedev: Trend İnformasiya Agentliyi ən yaxşı KİV-lərdən biridir

Cəmiyyət Materials 17 Oktyabr 2016 20:24 (UTC +04:00)
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Moskvada "Rusiya və MDB-nin milli mətbuatı: tale və məkanlarla bağlı" adlı konfransın açılışında Azərbaycanın Trend İnformasiya Agentliyinin rolunu xüsusi qeyd edib
Sergey Lebedev: Trend İnformasiya Agentliyi ən yaxşı KİV-lərdən biridir

Moskva. Trend:

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev Moskvada "Rusiya və MDB-nin milli mətbuatı: tale və məkanlarla bağlı" adlı konfransın açılışında Azərbaycanın Trend İnformasiya Agentliyinin rolunu xüsusi qeyd edib.

S.Lebedev giriş nitqində Trend-in MDB-nin fəaliyyətini işqlandıran ən yaxşı KİV-lərdən biri olduğunu deyib.

Trend-in məlumatına görə, sədr bildirib ki, bu gün MDB ölkələrinin media məkanında qarşılıqlı fəaliyyətə real tələbat var və bugünkü konfrans da bir çox məsələlərdə əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

MDB-nin 25 illiyinə həsr olunmuş forumda Birlik ölkələrindən tanınmış jurnalistlər, baş redaktorlar, iqtisadiyyat, mədəniyyət və siyasət sahəsində ekspertlər, hakimiyyət və biznes nümayəndələri iştirak ediblər.

İki gün ərzində tədbir iştirakçıları jurnalistlərin hüquqlarının qorunması, medianın aktual problemləri, eləcə də MDB məkanında mətbuatın inkişafı məsələlərini müzakirə edəcəklər.

Konfrans Moskva Jurnalistlər İttifaqı tərəfindən MDB İcraiyyə Komitəsi və Ümumdünya Rusdilli Mətbuat Assosiasiyası ilə birgə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti