...

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi

Cəmiyyət Materials 11 Noyabr 2016 13:19 (UTC +04:00)
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.
Sürücülük vəsiqələri ilə bağlı yeni qaydalar təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yeni qaydalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən ''Yol hərəkəti haqqında'' qanuna dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, sürücülük vəsiqəsi alanlar imtahan verərkən onların idarə etmək istədikləri avtomobilin sürət qutusunun avtomat, yoxsa mexaniki olması nəzərə alınacaq. Təklif edilən dəyişikliyə əsasən, sürücülük vəsiqələri alarkən təcrübə imtahanlarının şəffaf keçirilməsinə nəzarət gücləndiriləcək. Dəyişikliklərlə imtahan prosesinin videoçəkilişinin aparılması da nəzərdə tutulur.

Dəyişikliklər Milli Məclisdə müzakirə edildikdən sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti