Bakı. Trend:
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - “Çex-Azərbaycan lüğəti” işıq üzü görüb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, lüğət çex dilinə yiyələnmək istəyənlər - tələbələr, diplomatlar, iş adamları, tərcüməçilər üçün nəzərdə tutulub.
Nəşrin tərtibçisi filologiya elmləri doktoru, professor Elçin Mehri, redaktoru Güldəstə Nəsibdir. Lüğətin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası istifadəçilərinin ixtiyarına veriləcək.