...

“Azəristiliktəchizat”: İstilik sistemi qış mövsümünə hazırdır

Cəmiyyət Materials 14 Noyabr 2016 18:31 (UTC +04:00)
Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq
“Azəristiliktəchizat”: İstilik sistemi qış mövsümünə hazırdır

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda istilik mövsümü planlaşdırıldığı kimi noyabrın 15-i başlayacaq. Bunu Trend-ə “Azəristiliktəchizat” ASC-nin müştərilərə xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bütün qazanxanalar qış mövsümünə hazırdır.

R.Əliyev sistemin yoxlanılması məqsədilə sınaqların keçirildiyini və xətlərin çalışdığını deyib.

O həmçinin qeyd edib ki, bütün qazanxanalar sabahdan etibarən qrafik üzrə çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti