...

Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2016 18:38 (UTC +04:00)
Qaradağda ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.
Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib (FOTO)

Bakı. Trend:

Qaradağda ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri, Qaradağ Rayon Məhkəməsinin və rayon ərazisində yerləşən ədliyyə və məhkəmə orqanlarının bir qrup işçisi iştirak edib.

S.Mikayılov peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.

Bildirilib ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

Yığıncaqda ədliyyənin fəaliyyətinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunub.

Tədbirin sonunda Ədliyyə sistemi sahəsində səmərəli fəaliyyətinə, 22 noyabr - Ədliyyə işçilərinin peşə günü münasibəti ilə Qaradağ Rayon Məhkəməsinin 4 əməkdaşı qiymətli hədiyyələr və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti