...

Azərbaycanda dini ədəbiyyatın satışı və ixracı ilə bağlı yeni qərar

Cəmiyyət Materials 28 Noyabr 2016 17:45 (UTC +04:00)
Azərbaycanda dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi barədə məlumatlar vergi orqanlarına da göndəriləcək.
Azərbaycanda dini ədəbiyyatın satışı və ixracı ilə bağlı yeni qərar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların istehsalına, idxalına, ixracına və yayılmasına razılığın verilməsi barədə məlumatlar vergi orqanlarına da göndəriləcək.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin təsdiqlədiyi "Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı"ya "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının istehsalına, idxalına, ixracına və yayılmasına razılıq" və "Dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal (məmulatların) və dini məzmunlu digər məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılmasına razılıq" da daxil edilib.

Siyahıya əsasən, tikintiyə icazə, tikinti obyektinin istismarına icazə, səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, qazın nəqli üçün icazə, qazın paylanmasına icazə, dərman vasitələrinin Azərbaycana idxalına icazə, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə verilən nəzarət markası və s. (ümumilikdə 47 icazə barədə məlumatlar) barədə məlumatlar vergi orqanlarına təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti