...

Bakıda yeni dayanacaq nişanları quraşdırılır (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2016 09:54 (UTC +04:00)
Bakıda dayanacaq nişanları quraşdırılır.
Bakıda yeni dayanacaq nişanları quraşdırılır (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda dayanacaq nişanları quraşdırılır.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, vətəndaşların və daşıyıcıların avtobus dayanacaq məntəqələri ilə bağlı Agentliyə ünvanladıqları müraciətlərə əsasən, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda yol nişanları quraşdırılmayıb.

Vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxətlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib və hazırda bu proses davam etməkdədir.

İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat löhvələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər. Nişanların qurşadırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib. Həmin ünvanları da təqdim edirik.

1. Mətbuat pr. 37a
2. Mir Cəlal küç. 174
3. Mir Cəlal küç. 276
4. Mir Cəlal küç. 326
5. Ziya Bünyadov pr. 65
6. Ziya Bünyadov pr. 98
7. Təbriz küç. 30 və yolun əks istiqamətində.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti