...

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Cəmiyyət Materials 15 Dekabr 2016 11:02 (UTC +04:00)
Bu gün Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək.

Diaqnostik qiymətləndirmə dekabrın 16-da da davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti