...

Mübariz Qurbanlı: Son bir ildən də çox müddətdə Azərbaycandan Suriyaya döyüşmək üçün bir nəfər də getməyib

Cəmiyyət Materials 21 Dekabr 2016 16:46 (UTC +04:00)
Son bir ildən də çox müddətdə Azərbaycandan Suriyaya döyüşmək üçün bir nəfər də getməyib.
Mübariz Qurbanlı: Son bir ildən də çox müddətdə Azərbaycandan Suriyaya döyüşmək üçün bir nəfər də getməyib

Bakı. İlhamə İsabalayeva - Trend:

Son bir ildən də çox müddətdə Azərbaycandan Suriyaya döyüşmək üçün bir nəfər də getməyib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı radikalizmlə mübarizəyə həsr olunmuş "Fitnə" sənədli filminin növbəti kütləvi baxışı məqsədilə keçirilən tədbirdə deyib.

M.Qurbanlı qeyd edib ki, bundan əvvəl Suriyaya gedənlər olsa da, onların sayı çox az olub: "Onlar arasında xanımını götürüb gedənlər də olub. Onların xeyli hissəsi ölüb, xanımları isə orada qalıb".

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər qurumların təhlilləri göstərir ki, son bir ildən də çox müddətdə Azərbaycandan Suriyaya döyüşmək üçün bir nəfər belə getməyib:

"Bizim xüsusi qurumlar onları oradan tədricən çıxarırlar. Bu da asan məsələ deyil, çünki Suriyanın bir sıra əraziləri İŞİD-in nəzarətindədir. Orada kimisə tapmağın özü böyük problemdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti