...

Bakıda məktəblərin tibb kabinetləri kompüterlərlə təmin ediləcək

Cəmiyyət Materials 27 Dekabr 2016 16:24 (UTC +04:00)
Bakıda orta məktəblərin tibb kabinetləri kompüterlərlə təmin ediləcək.
Bakıda məktəblərin tibb kabinetləri kompüterlərlə təmin ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda orta məktəblərin tibb kabinetləri kompüterlərlə təmin ediləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 109 nömrəli qərarına əsasən, icbari dispanserizasiyanın nəticələri barədə məlumatların e-sistemə daxil edilməsində ləngimə hallarına yol verilməməsi üçün tibb kabinetləri məktəb tərəfindən kompüterlərlə təmin ediləcək. artıq bununla bağlı Bakı şəhər Təhsil İdarəsinin rəhbərliyi ilə razılaşma əldə edilib.

Nazirlik hesab edir ki, bu, təhsil müəssisələrində aparılan profilaktik tibbi müayinələrin nəticələrini dərhal uşaqların e-sağlamlıq kartı sisteminə daxil etməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti