...

Əsgər valideynlərinin nəzərinə

Cəmiyyət Materials 30 Dekabr 2016 12:32 (UTC +04:00)
Bu gün saat 11.00-dan başlayaraq hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.
Əsgər valideynlərinin nəzərinə

Bakı. Trend:

Bu gün saat 11.00-dan başlayaraq hərbi hissələrdə "Açıq qapı" günü keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti, nümayişi etdirilən döyüş texnikaları və silahlarla yaxından tanış olur, eləcə də xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə təşkil olunan görüşdə onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti