...

Gələn il müəllimlərin 30 faizinin də əməkhaqqı artırılacaq

Cəmiyyət Materials 9 Yanvar 2017 12:17 (UTC +04:00)
Azərbaycanda diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu il bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.
Gələn il müəllimlərin 30 faizinin də əməkhaqqı artırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu il bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqlarının artırılması nəzərdə tutulur.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin maaşı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Azərbaycan Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının isə 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti