...

Sabah "ASAN xidmət" mərkəzləri bağlı olacaq

Cəmiyyət Materials 19 Yanvar 2017 11:23 (UTC +04:00)
"ASAN xidmət" mərkəzləri yanvarın 20-də işləməyəcək.
Sabah "ASAN xidmət" mərkəzləri bağlı olacaq

Bakı. Trend:

"ASAN xidmət" mərkəzləri yanvarın 20-də işləməyəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

21 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinin iş rejimi haqqında ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti