...

"Sovetski"dəki yanğın söndürüldü: ölən və xəsarət alanlar var (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Cəmiyyət Materials 27 Yanvar 2017 18:29 (UTC +04:00)
Bakının "Sovetski" adlanan ərazisində, Murtuza Muxtarov küçəsində yaşayış binasında baş vermiş yanğın söndürülüb.
"Sovetski"dəki yanğın söndürüldü: ölən və xəsarət alanlar var (FOTO/VİDEO) (YENİLƏNİB-4)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:32-də yayılıb)

Bakı. Samir Əli - Trend:

Bakının "Sovetski" adlanan ərazisində, Murtuza Muxtarov və Həzi Aslanov küçələrinin kəsişməsindəki yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Trend-in məlumatına görə, ətraf yollar bağlanıb.

İlkin məlumata əsasən, yanğın üçmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələr arasındakı döşəmədə baş verib.

Yanğının söndürülməsi zamanı binadan 3 nəfər xilas olunub.

X X X

18:29

Bakının "Sovetski" adlanan ərazisində yaşayış binasında güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.

Yanğının söndürülməsi işləri davam etdirilir.

X X X

17:32

Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Trend-ə verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.

3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti