...

“Gənc Əkinçi” akademiyası layihəsi yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2017 17:47 (UTC +04:00)
Azərbaycan milli mətbuatının parlaq səhifəsi olan “Əkinçi” qəzetinin vacib irsini gənclər arasında təbliğ etmək məqsədi ilə ikinci dəfə həyata keçirilən “Gənc Əkinçi” akademiyası layihəsi başa çatıb.
“Gənc Əkinçi” akademiyası layihəsi yekunlaşıb (FOTO)

Bakı. Trend:

Azərbaycan milli mətbuatının parlaq səhifəsi olan “Əkinçi” qəzetinin vacib irsini gənclər arasında təbliğ etmək məqsədi ilə ikinci dəfə həyata keçirilən “Gənc Əkinçi” akademiyası layihəsi başa çatıb.

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı əsasında keçirilən layihədə qış məktəbi çərçivəsində gənc jurnalistlər Qubada bir sıra təlimlər keçiblər.

Daim uğurlu nəticələri ilə fərqlənən tədbirdə iştirakçılar peşəkarlığını artırmaqla yanaşı, yeni dostluq əlaqələri yaradıblar.

“Gənc Əkinçi” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq. Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.
Gənc Əkinçi Akademiyası çərçivəsində Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin dekanı, İctimai Televiziya və Radio yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Modern.az saytının baş redaktoru, Azərbaycan Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı, Milli Məclisin baş məsləhətçisi Daşqın Rəcəbli çıxış etmiş, təlimlər keçmişdir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin RTV kafedrasının müəllimi Ramin Rzayev, Online media Departamentinin rəhbəri Ellada Mustafayeva, Əməkdar Jurnalist Azər Həsrət təlimlər keçib.

Beləliklə, qonaqlar 4-cü hakimiyyət adlandırılan KİV haqqında və “İRƏLİ” İctimai Birliyi haqqında fikirlərini bölüşüblər. Çıxışlar zamanı layihənin icrasında mühüm rolu olan “İRƏLİ” İB-nin əməyi xüsusi vurğulanıb. I “Gənc Əkinçi” akademiyasından sonra 2015-ci il iyulun 22-də 4000 tirajla çapdan çıxan “Gənc Əkinçi” adlı qəzetini təlimlərin əsas nəticəsi olduğu deyilib. “Gənc Əkinçi” qəzetinin növbəti nəşrlərinin çap olunması üçün də bu cür tədbirlərin zəruriliyi ön plana çıxarılıb. Belə ki, gənc jurnalistlərin köşə yazıları, Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumatlar, gənc nəslin istəyinə uyğun yeni qəzetin yaradılması oxuculara yeni informasiyaların verilməsini təmin edir.

“Gənc Əkinçi” Akademiyasında iştirakçı qismində çıxış edən gənclər “Səssiz fikir” adlı bir proqram ilə tanış olub, bundan əlavə müxtəlif mövzularda İctimai müzakirə aparıblar.

Layihə iştirakçıları bir neçə gün ərzində müxtəlif təlim sessiyaları, maraqlı simuliyasiya oyunları, ictimai müzakirələrdə iştirak edəcəklər. Gənc iştirakçılarla “Azərbaycanda keyfiyyətli təhsil modeli” mövzusunda mətbuat konfransı simuliyasiyası təşkil edilib. Bu mövzu haqqında təkliflər dinlənilib və təhsildə olan boşluqlar, onların səbəbləri mövzusunda diskusiyalar olub.

İlk dəfə bu layihə 2015-ci ildə İsmayıllı rayonunda keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti