...

Azərbaycanın milli kulinariya komandası beynəlxalq festivalda növbəti uğurunu “SuperSun”la qazanıb (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2017 17:33 (UTC +04:00)
Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib.
Azərbaycanın milli kulinariya komandası beynəlxalq festivalda növbəti uğurunu “SuperSun”la qazanıb  (FOTO)

Bakı. Trend:

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət komandamız Türkiyənin İstanbul şəhərində keçirilən 15-ci Beynəlxalq Mətbəx Festivalında iştirak edib.

27 ölkədən 1800 aşpazın yarışdığı festivalda komandamız 4 qızıl, 4 gümüş, 5 bürünc medal, 3 komanda sinfindən bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomu ilə təltif olunub.Yeməklərin “Super Sun” yağı ilə bişirilməsi ölkəmizin 16 sinifdən 15-ində komandamızın yüksək nəticə göstərməsində mühüm rol oynayıb.

Qeyd edək ki, Milli kulinariya komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə hər zaman istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanır.

“Azərsun Holdinq”ə məxsus fabriklərdə istehsal olunan bu məhsullar yağa olan ölkə daxili tələbatı ödəməklə bərabər həm də Azərbaycanın ixrac potensialının yüksəlməsinə böyük töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti