...

Pilot ərazilərin 3 sakini həyati vacib, dəyəri yüksək olan əməliyyat edilib

Cəmiyyət Materials 10 Fevral 2017 12:59 (UTC +04:00)
Bu həftə ərzində pilot ərazilərin 3 sakini həyati vacib, dəyəri yüksək olan əməliyyat edilib
Pilot ərazilərin 3 sakini həyati vacib, dəyəri yüksək olan əməliyyat edilib

Bakı. Trend:

Azərbaycanda pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi uğurla davam edir. Bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olub və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.

Prezident İlham Əliyevin fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.

Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunub.

Agentliyin İcbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti