...

Sankt Mixael Oğlanlar Xorunun kollektivi Azərbaycan səfirliyində olub (FOTO)

Cəmiyyət Materials 28 Fevral 2017 21:25 (UTC +04:00)
Sankt Mixael Oğlanlar Xorunun otuz altı nəfərdən ibarət heyəti Azərbaycanın Almaniyadakı səfirliyində qəbul edilib və onlara Azərbaycan haqqında təqdimat keçirilib.
Sankt Mixael Oğlanlar Xorunun kollektivi Azərbaycan səfirliyində olub (FOTO)

Bakı. Trend:

Sankt Mixael Oğlanlar Xorunun otuz altı nəfərdən ibarət heyəti Azərbaycanın Almaniyadakı səfirliyində qəbul edilib və onlara Azərbaycan haqqında təqdimat keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 9-29 yaş arasında olan gənclərdən ibarət olan Sankt Mixael Oğlanlar Xoru Ştutqart şəhəri yaxınlığında yerləşən Qmünd əyalətindəki yerli katolik kilsəsinin xor kollektividir.

Əvvəlcə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbir iştirakçılarını salamlayıb, onlara Azərbaycana və səfirliyin işinə göstərdikləri marağa görə təşəkkür edib.

Səfirliyin üçüncü katibi Vüqar Qafarov tədbirdə Azərbaycan haqqında təqdimat edib. O, tədbir iştirakçılarına ölkəmizin coğrafiyası, siyasi sistemi, tarixi, beynəlxalq münasibətləri, Almaniya ilə əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, ölkəmizdə alman irsinin qorunması üçün görülən işləri, alman məskənlərinin iki yüz illiyi münasibətilə Azərbaycan Prezidentinin imzaladığı sərəncamı, Azərbaycanda mövcud olan multikulturalizm və dini tolerantlıq mühitini, Roma Papasının ölkəmizə səfərini vurğulayıb.

Daha sonra tədbirin sual-cavab hissəsi baş tutub. Tədbir iştirakçılarının ölkəmizin daxili və xarici siyasəti, Azərbaycan-Almaniya əlaqələrinə dair çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti