...

Gənclər və İdman Nazirliyi müsabiqə elan edib

Cəmiyyət Materials 7 Mart 2017 14:05 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi 6-27 mart tarixlərdə gənclər arasında "Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsi elan edir.
Gənclər və İdman Nazirliyi müsabiqə elan edib

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi 6-27 mart tarixlərdə gənclər arasında "Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsi elan edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Belarus Respublikası haqqında məlumatlılığın artırılması və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir.

16-29 yaş arasında gənclər müsabiqədə iştirak edə bilər. Müsabiqənin şərtlərinə əsasən, hər bir müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap olunmamış və 2500 sözdən artıq olmayan esselərlə müsabiqəyə qatıla bilər. Azərbaycan, rus və ya belarus dillərində yazıla bilən esselərin mövzuları aşağıdakılardır:

Fəth edilməmiş torpaq: Belarus tarixində müstəqillik uğrunda mübarizə;
Əsrlər boyu yaşayan adlar. Belarus onlarla fəxr edir;
Belarus Böyük Vətən müharibəsi zamanı (1941-1945);
Müasir Belarus;
Ağ qanadlar altında torpaq: Belarus təbiətinin zənginliyi;
Belarusda multikulturalizm: Müxtəlif xalqların və dinlərin Belarusda birgə yaşayışı.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

esse
müəllif tərəfindən doldurulmuş iştirakçı vərəqəsi (nümunə əlavə olunur)
şəxsiyyəti təsdiq edən sənəd və ya onu əvəz edən sənədin surəti

Esselər yalnız elektron formatda [email protected] elektron poçt ünvanında qəbul olunur. İştirak şərtləri barədə daha ətraflı məlumat müsabiqənin Əsasnaməsində qeyd olunmuşdur.
Qeyd edək ki, müsabiqədə ilk beş yeri tutmuş qaliblər xüsusi diplomlar və qiymətli hədiyyələr ilə təltif ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti