Bakı. Trend:
Azərbaycan pasportu 2017-ci ildə daha çox ölkəyə vizasız getməyə imkan verəcək.
Trend-in məlumatına görə, bu barədə "Henley & Partners" şirkətinin "İllik viza məhdudiyyəti indeks"ində (Visa Restrictions Index) deyilir.
Qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan vətəndaşlarının digər ölkələrə vizasız gediş üçün daha çox imkanı olub. Azərbaycan indeksdə 74-cü yerə yüksəlib. Bundan əvvəlki göstərici 75 idi.
Ümumilikdə, Azərbaycan pasportu ilə vizasız səfərlərlə bağlı irəliləyiş var (2015-ci ildə 58, 2016-2017-ci illərdə 62 ölkəyə).
Azərbaycanın qonşu ölkələri reytinqdə aşağıdakı mövqelərdə qərarlaşıblar:
- Rusiya – 51, Тürkiyə – 52, Gürcüstan – 68, Qazaxıstan – 71-ci yer.
Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. İkinci yerdə İsveç qərarlaşıb, 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka.
İndeksdə son yerləri Pakistan, İraq və Əfqanıstan tutur.