Nazirlik özəl tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi

Nazirlik özəl tibb müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Azərbaycan Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur:

"Nəzərinizə çatdırırıq ki, xarici ölkələrdə hazırlıq alan tibb işçiləri, o cümlədən əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na uyğun olaraq, yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxıla bilər. Bildiririk ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün müəssisəyə verilmiş lisenziyanın əlavəsində göstərilən işlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən “Dərman vasitələri haqqında” qanunu ilə müəyyən edilmiş xüsusi hallar istisna olmaqla, dərman vasitələri yalnız Azərbaycan Səhiyyə Nazirliyi və onun səlahiyyət verdiyi qurumu tərəfindən dövlət qeydiyyatına alındıqdan, keyfiyyətini təsdiq edən müvafiq sənəd verildikdən sonra ölkə ərazisinə idxalına, istehsalına, satışına və tibdə istifadəsinə icazə verilir.

Məlumatda qeyd edilir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, müəssisələrdən Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsi olmadan xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin fəaliyyətinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin, Səhiyyə Nazirliyinin “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq reseptlərdə dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılmasının, ölkəyə qanunsuz idxal olunmuş dərman vasitələrinin tibdə istifadəsinin və satışının dərhal dayandırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilir.

Əks təqdirdə belə hallar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 31.10.2014-cü il tarixli 322 nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq insan həyatı və ya sağlamlığına birbaşa və mühüm təhlükə və ya mühüm zərər hesab edilərək, mövcud qanunlara uyğun barənizdə müvafiq inzibati tədbirlərin həyata keçirilməsi məsələsinə baxılacaq.

Kəlbəcərin Keçiliqaya kəndi (VİDEO)
Kəlbəcərin Keçiliqaya kəndi (VİDEO)
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib
Loading Bars
Xəbər lenti
Kəlbəcərin Keçiliqaya kəndi (VİDEO)
Mingəçevirdə oğurladığı pulla Bakıda ev kirayələyən şəxs saxlanılıb
Sınaq imtahanına qeydiyyat bu həftə başa çatır
Xarici valyutaların manata qarşı məzənnələri
Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - Qurban Yetirmişli
Qəbiristanlıqdan məhəccərləri oğurlayan şəxslər saxlanılıb (FOTO)
Çili-Argentina sərhədi yaxınlığında güclü zəlzələ qeydə alınıb
İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü
BRİKS ölkələri Cənubi Afrikaya "omikron" ştammına qarşı mübarizədə yardım təklif edib
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
Çində elektrik stansiyasında baş verən yanğında 8 nəfər həlak olub
Meksikada yük maşını 15 avtomobilə çırpılıb
Putin ilə Modi iki ölkə arasında münasibətləri, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər
Türkiyədə zəlzələ baş verib
Meksikada avtomobil piyadalara çırpılıb, 10-dan çox insan yaralanıb
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib
Bakıda mənzildən kişi meyiti tapılıb
Etiraz aksiyası zamanı maşın nümayişçilərə çırpılıb, ölənlər var
Mir Şahinin vaxtı (VİDEO)
Lyuis Hemilton Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub
"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını demək hələ tezdir - ÜST
Türkiyə prezidenti Qətərə səfər edəcək
Rusiyanın “Kinotavr” festivalının yaradıcısı vəfat edib
MDU və BDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər (FOTO)
Azərbaycan Türkiyənin “Hürkuş” təlim təyyarəsinə maraq göstərir - Komitə rəhbəri
Xəzər dənizində zəlzələ olub
Hüseyn Cavidin yazdıqları bu gün də bütün bəşəriyyət üçün aktuallığını qorumaqdadır - Türkiyə Prezidentinin baş müşaviri
Xətai rayonunda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Rusiyada fərdi evdə yanğın nəticəsində iki azyaşlı həyatını itirib
Avstriyada qar uçqunu baş verib, ölən və yaralılar var
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb (FOTO)
Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib
Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Berlin polisi COVİD əleyhinə nümayişlər zamanı 58 nəfəri saxlayıb
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 394 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb
Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib
Azərbaycanda Könüllülərinin IV Həmrəylik Forumu keçirilib (FOTO)
Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Türkiyə artilleriyası İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
İranda son sutka ərzində 76 nəfər koronavirusdan ölüb
ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb
Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Gəncədə yol hərəkəti qaydalarını nümayişkəranə şəkildə pozan sürücülər saxlanılıb (FOTO/VİDEO)
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Şəhid Elvin Kazımovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
Üçtərəfli müqavilə İranın qaz probleminin böyük hissəsini həll edəcək – Prezident Aparatının rəhbəri
Qaradağda iməclik keçirilib (FOTO)
Göygöldə qadın itkin düşüb (FOTO)
Mançesterdə Azərbaycan icması ilə görüş keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
QDİƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin imkanlarından istifadə etmək təklif olunub (FOTO)
Gürcüstanda koronavirusa daha 3 410 nəfər yoluxub, 46 nəfər ölüb
Müdafiə Nazirliyi həftəlik icmal hazırlayıb (VİDEO)
Metroda sərnişin qatar yoluna düşüb
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb (FOTO)
Fransada sutka ərzində COVID-19-a yoluxanların sayı 50 mini keçib
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Qubada istirahət mərkəzində yanğın baş verib
Azərbaycan, Türkmənistan və İran arasında imzalanan qaz müqaviləsindən bütün tərəflər qazanacaq - İranlı ekspertlər
İtaliyada 5 yaşdan kiçik uşaqlar da koronavirusa qarşı peyvənd olunacaq
Almaniyada təyyarə avtomobil körpüsünə eniş edib
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub
Britaniyada koronavirusa 42 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ağ Ev Putin və Baydenin görüşəcəkləri tarixi təsdiqləyib
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları Bakı Qida Hakatonunun qalibi olublar (FOTO)
İndoneziyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb
"Mançester Siti" "Liverpul"u 1 xal qabaqlayaraq liderliyə yüksəlib
Finlandiyanın XİN rəhbəri koronavirusa yoluxub
Keniyada avtobus körpüdən çaya düşüb, çox sayda ölən var
Hemilton "Formula-1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 19 463 nəfər sağalıb
Xocavənddə daha bir erməni hərbçisinin cəsədi tapılıb
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu
Bir çox Aİ və NATO ölkələri Türkiyənin PUA-larını almaqda maraqlıdır - Çavuşoğlu
İngiltərə Premyer Liqası: "Liverpul" turnir cədvəlində liderliyə yüksəlib
İranın nüvə obyekti yaxınlığında partlayış olub
Xocavənddə hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil verildi
Türkiyədə Ərdoğanın mitinqdə törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb
Türkiyə xüsusi təyinatlıları Suriyada 5 terrorçunu məhv edib
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
Bütün xəbərlər