Əli Həsənov: Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını və ərazi bütövlüyünü bərpa etmək əzmini göstərdi (FOTO/VİDEO)

Əli Həsənov: Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını və ərazi bütövlüyünü bərpa etmək əzmini göstərdi (FOTO/VİDEO)

Bakı. Trend:

Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümünə həsr olunan “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında təntənəli mərasimdə çıxışı zamanı deyib.

PA rəsmisi bildirib ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi:

"Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi".

Azərbaycan Prezident Administrasiyasının, Milli Məclis və Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin cəbhəboyu zonada yerləşən bəzi rayonların icra hakimiyyəti başçıları, aprel döyüşlərinin iştirakçıları, şəhid ailələri, veteranlar və digər qonaqların qatıldığı mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edərək Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdırıb. Eyni zamanda nazir bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində orduda kompleks islahatlar aparılaraq yeni və müasir döyüş texnikaları, hərbi vasitələr silahlanmaya daxil edilib. Kadrların peşəkarlığının yüksəldilməsi istiqamətində praktik addımlar atılıb, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. General-polkovnik Zakir Həsənov vurğuladı ki, Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda dövlət başçısı tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında qeyd edib ki, aprel döyüşlərində ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu Azərbaycan Ordusunun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi Füzuli rayon sakinlərinin də böyük ruh yüksəkliyinə səbəb oldu. Aprel döyüşlərində Azərbaycan əsgəri əsl peşəkarlıq, intizam, yüksək döyüş ruhu nümayiş etdirərək düşmənin layiqli dərsini verdi.

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin atası Telman Mirzəyev mərasimdə qeyd edib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu haqlı olduğunu və gücünü təkcə düşmənə yox, bütün dünyaya göstərdi. T.Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində onlara, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Aprel döyüşlərinin iştirakçıları adından çıxış edən polkovnik-leytenant Eldəniz Sadıqov da vurğulayıb ki, həmişə olduğu kimi, indi də şəxsi heyətin döyüş ruhu çox yüksək səviyyədədir. Döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada olduğunu qeyd edən zabit döyüşçü silah yoldaşları adından bildirib ki, şəxsi heyət işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalandırılması üçün döyüşlərə həmişə hazırdır.

Sonra 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirmiş, hər kəsə örnək ola biləcək qəhrəmanlıqlar nümayiş etdirmiş şəxsi heyətin təltif edilməsi haqqında Müdafiə nazirinin əmri oxunub. Döyüşlərdə fərqlənən hərbi qulluqçulara medallar və fəxri fərmanlar təqdim olunub.

Hərbi əməliyyatlar zamanı Silahlı Qüvvələrə göstərdikləri dəstəyə görə cəbhəboyu zonada yerləşən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şəmkir, Tərtər və Xocavənd rayonlarının icra hakimiyyəti başçılarına Müdafiə nazirinin xüsusi mükafatları təqdim edilib.

Sonda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi, Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbaninin vətənpərvərlik mövzusunda yazdığı şeirlərə bəstəkar Azad Zahidin bəstələdiyi mahnılar əsasında hazırlanmış “Aprel zəfəri - 2016” ədəbi-musiqili kompozisiya təqdim edilib.

Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Loading Bars
Xəbər lenti
İranda ötən sutka 87 nəfər koronavirusdan ölüb
Avtobus sürücüsünün hücuma məruz qalması narahatlıq doğurur - BNA
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına töhfə verəcək - Çavuşoğlu
SOCAR 1500-dən çox işçinin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Yeni Dünya Nizamı və Hindistan
Soçi görüşü Cənubi Qafqazda dayanıqlı sülhə doğru daha bir addımdır – Türkiyə Prezident Administrasiyası
DSMF ISO 9001 “Keyfiyyəti idarəetmə sistemləri” beynəlxalq standartı üzrə sertifikatlaşmanı yekunlaşdırdı
Prezident İlham Əliyevin mövqeyi Soçidə qəbul olunan birgə bəyanatda qeyd-şərtsiz öz əksini tapıb - Deputat
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Xocasəndə 2500-dən çox ağac əkilib (FOTO)
Füzuli rayonunun Qoçəhmədli kəndi (VİDEO)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP
CAR-da "omikron" ştammına 50 yeni yoluxma qeydə alınıb
Bakının bu yollarında hərəkət məhdudlaşdırılıb
Milli Gimnastika Arenasında özümüzü çox rahat hiss edirik – İsrail gimnastları
Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi - Vüqar Rəhimzadə
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir (FOTO)
Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Gecə saatlarında işləyən kafenin sahibi və müştəriləri cərimələnib (FOTO)
Bazar günü hava necə olacaq?
Prezident İlham Əliyev əvvəllər olduğu kimi qalib görünürdü - "Kommersant" Soçi görüşü barədə
Rusiyada silah zavodunda partlayış olub - Xəsarət alanlar var
Şəmkirdə bazar yandı (VİDEO)
Uşaqlarını tək böyüdən və çoxuşaqlı qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq
Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı
Bakı Milli Gimnastika Arenasında çıxış etmək inanılmazdır – Qazaxıstan gimnastı
Soçidəki görüş doğru istiqamətdə atılan böyük addımdır - Amerikalı ekspertlər
Gələn il Bakıda mənzil qiymətləri stabilləşə bilər - Ekspert
“Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda toplantı keçirilib (FOTO)
Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb
Vaksinlə bağlı əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb
Mədəkiçiltmə əməliyyatından öncə psixoloqa müraciət etmək tövsiyə olunur - Həkim
Bakıda Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının ikinci günü start götürüb (FOTO)
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır - TƏHLİL
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı beynəlxalq konfransda iştirak edir
Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN
Azərbaycan nefti kəskin ucuzlaşıb
Bakıda mənzillərə istilik niyə tam verilmir? - AÇIQLAMA
Ərdoğan Türkmənistana səfər edəcək
Xəzər dənizində zəlzələ qeydə alınıb
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Şimali İrlandiyada qasırğa bir nəfərin ölümünə səbəb olub
8 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilir
"Moderna" koronavirusun yeni ştammına qarşı peyvənd hazırlayacaq
ABŞ-da ticarət mərkəzində atışma olub
Aİ-nin paytaxtında Uber qadağan edildi
Makron BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək
ÜTT pandemiya fonunda 4 il sonra ilk nazirlər konfransını təxirə salıb
Rusiya və Çin Türk Dövlətləri Təşkilatının təbii üzvləridir - Binəli Yıldırım
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Soçidəki üçtərəfli görüşü tarixi adlandırmaq olar - Slutski
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var
Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib
Türkiyədə son sutkada koronavirusdan 25 341 nəfər sağalıb
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq
Prezident İlham Əliyev: Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq
Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasından danışdı
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Qarabağ müharibəsindən sonra 100-dən çox əsiri İrəvana təhvil verib
Üçtərəfli İşçi Qrup gələn həftə Moskvada görüşəcək - Putin
Prezident İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev: Soçidə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək
Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər - Putin
Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək
AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu yarışlarının ikinci gününün qalibləri mükafatlandırılıb (FOTO)
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiya idmançıları Bakıda batutla sinxron tullanmada qızıl medal qazanıblar
Bakıda Dünya Yaş Qrupu Yarışı: ABŞ gimnastları batutla sinxron tullanmada birinci yeri qazandılar
Alimlər koronavirusa qarşı dərmanın yaradılması üçün test sistemi hazırlayıb
Dünya Yaş Qrupu Yarışları: Qoşa mini-batutla tullanma üzrə bütün mükafatları Rusiya idmançıları qazanıb
Bakıda keçirilən Dünya Yaş Qrupu yarışı: Fransız gimnast qalib gəldi
XİN-in kollektivi “Nizami ili” çərçivəsinə Gəncə şəhərinə səfər edib (FOTO)
Əla hazırlıq və çətin elementlər - Dünya Yaş Qrupu Yarışlarının ikinci gününün ən maraqlı anları (FOTO)
Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir
Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır
Azərbaycanda 2137 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb
Rusiyalı gimnast kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb
Rusiyalı gimnast Bakıda Dünya Yaş Qrupu yarışlarında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub
Portuqaliyalı atlet Bakıda keçirilən Dünya Yaş Qrupu yarışında fərdi batutla tullanmada birinci yeri tutub (FOTO)
Bakıda dünya yaş qrupları üzrə yarış: Rusiya gimnastı batutla tullanmada qızıl medal qazanıb
Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevi səmimi qarşılayıb (VİDEO)
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Prezident İlham Əliyev: Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk
Vladimir Putin: Regionda gələcək normal həyat üçün şərait yaradılır
Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Prezidenti İlham Əliyev: Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması işində maksimum konstruktivlik nümayiş etdirib
Bütün xəbərlər