...

Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Cəmiyyət Materials 12 May 2017 15:02 (UTC +04:00)
Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru cənab Hans Yurgen Maurer Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Bakı. Trend:

Mayın 12-də Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru cənab Hans Yurgen Maurer Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.

Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti