...

"Türkiyə ədəbiyyatı antologiyası" Azərbaycanda – ilk dəfə

Cəmiyyət Materials 31 May 2017 11:42 (UTC +04:00)
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.
"Türkiyə ədəbiyyatı antologiyası" Azərbaycanda – ilk dəfə

Bakı. Trend:

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.

Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.

Kitab iyunun 5-də Yunus Emre Türk Mədəniyyət Mərkəzində geniş ictimaiyyətə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti