...

ƏƏSMN-in e-xidmətlərinə 5 milyona yaxın müraciət olub

Cəmiyyət Materials 2 İyun 2017 10:01
Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə 4 milyon 577 min 511 müraciət qeydə alınıb.
ƏƏSMN-in e-xidmətlərinə 5 milyona yaxın müraciət olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə 4 milyon 577 min 511 müraciət qeydə alınıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

May ayında “Elektron hökumət” portalına müraciətlərin 34,4 faizi nazirliyin e-xidmətlərinə aid olub.

Cari ilin may ayında ƏƏSMN-in elektron xidmətlərinə 745 298 müraciət qeydə alınıb ki, bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin 34,4 faizini təşkil edir.

Son illərdə aparılan ardıcıl islahatlar nəticəsində ölkəmizdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin avtomatlaşdırılmış infrastrukturunun qurulması bu sahələr üzrə müasir və səmərəli idarəçilik mexanizminin formalaşmasına, əhali ilə iş sektorlarında məmur-vətəndaş kontaktlarının aradan qalxmasına və şəffaflığın təminatına şərait yaradıb. Hazırda vətəndaşlar pensiya və sosial sığorta münasibətləri, əmək münasibətlərinin rəsmi qeydiyyatı, sosial yardımla bağlı müraciət edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlərlə bağlı elektron xidmətlərdən real vaxt rejimində tam şəffaf şəraitdə faydalanırlar. Eyni zamanda əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə, doğuma, uşağın anadan olmasına və s. səbəblərə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim olunması, iş yerinə dair arayışın əldə edilməsi, pensiya və müavinətlərin hesablanması və s. üzrə e-xidmətlər əhalinin istifadəsindədir.

Əhali üçün aktual iş sahələrini əhatə edən bu e-xidmətlər eyni zamanda geniş istifadəçi kontingenti ilə seçilirlər. Bu gün “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və s. e-xidmətlər vətəndaşların daha çox müraciət etdikləri e-xidmətlər sırasındadırlar.

Ümumilikdə ƏƏSMN-in 30-a yaxın e-xidməti fəaliyyət göstərir ki, həmin e-xidmətlərə cari ilin yanvar-may aylarında 4 milyon 577 min 511 müraciət qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti