Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda balıq və digər su bioresurslarını qanunsuz tutmağa görə cərimələr 20 dəfə artırılıb.
Trend-in məlumatına görə, bu, Cinayət Məcəlləsinə 256-cı maddəsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulmasına görə cərimələr xeyli miqdarda ziyan vurduqda 2000 manatdan 3000 manatadək məbləğdə müəyyən edilib.
Bundan əvvəl isə eyni əmələ görə cərimə 100 manatdan 500 manatadək təşkil edirdi.