Bakı. Samir Əli - Trend:
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan və Şimali İrlandiya futbol üzrə milli yığma komandalarının qarşılaşmasına 21 min bilet satılıb.
Trend-in məlumatına görə, qarşılaşmada Şimali İrlandiyadan 300 nəfər xarici azarkeş iştirak edəcək. Oyunu 21 xarici və 200-dən artıq yerli jurnalist izləyəcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib ki, oyuna qədər 40 min biletin satılacağı gözlənilir.