...

Milli Televiziya və Radio Şurası: Bəzi yayımçılar tələbləri pozurlar

Cəmiyyət Materials 12 İyul 2017 07:42 (UTC +04:00)
Reklamla bağlı qanunvericiliyin tələblərinin bəzi yayımçılar tərəfindən pozulması halları müşahidə edilir. Bunu Trend-ə MTRŞ-nın Monitrinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Milli Televiziya və Radio Şurası: Bəzi yayımçılar tələbləri pozurlar

Bakı. Samir Əli - Trend:

Reklamla bağlı qanunvericiliyin tələblərinin bəzi yayımçılar tərəfindən pozulması halları müşahidə edilir.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, xüsusilə bir saata düşən reklamın həcmi ilə bağlı pozuntular diqqəti cəlb edir:

"Bunu adi tamaşaçı da hiss edir, burada gizli bir şey yoxdur. Həmçinin, bəzi hallarda sponsor reklamlarının da müvafiq həddən artıq olması, xüsusi kommersiya verilişləri müşahidə edilir. Lakin bu məsələlərdə yayımçıların maddi durumları və teleradio məkanının inkişafı məqsədləri nəzərə alınmaqla, müəyyən güzəştli mövqe tutulur. Çünki teleradio sisteminin tərkib hissəsi olaraq bizim məqsədimiz teleradio yayımçılarını inzibati yolla sıxmaq yox, onların fəaliyyətinə yardımçı olmaqdır. Bu mənada hesab edirik ki, reklam məsələsində müəyyən güzəştli mövqe yayımçıların maddi imkanlarını düzəltmələrinə kömək edə bilər".

T.Dadaşov bildirib ki, bu istiqamətdə güzəştlər daim olub:

"Yayımçılar bunu hiss edib. Lakin əlbəttə ki, bu ona əsas vermir ki, yayımçılar efirlərində kommersiyalaşmaya getsinlər. Şura efirdə daha ciddi, ictimaiyyəti narahat edən problemlərin olmamasına diqqət yetirir, belə hallar olduqda dərhal reaksiya verir. Alkoqollu içkilərin reklamına isə saat 23:00-dan 07:00-dək icazə var və yayımçılar bu intervalda spirtli içki reklamı verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti