...

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

Cəmiyyət Materials 26 İyun 2017 10:45 (UTC +04:00)
Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir.
Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11:00-da Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” təşkil olunur.

Trend-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti