Bakı. Trend:
"TAC" MMC (Aquavita) könüllü əsaslarla işləmək arzusunda olan gənclər üçün könüllü vəzifəsi üzrə vakansiya elan edir.
Bu barədə Trend-ə MMC-dən məlumat verilib.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər təbii mineral sular və şirin sərinləşdirici içkilərin istehsalçısı olan "TAC" MMC-nin müxtəlif sektorlarında və xidmət bölmələrində yay mövsümü ərzində təcrübə keçmək imkanı qazanacaqlar.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, ali təhsilli və ya təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
Hər bir könüllü xüsusi firmaya aid geyim, nahar və yol xərcləri ilə təmin ediləcək. Müddətin sonunda könüllülərə sertifikat təqdim olunacaq. Fərqlənən könüllülər daimi işlə təmin olunacaqlar.
Müraciət etmək üçün CV-nizi təcili olaraq [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Əlavə məlumat üçün (012) 447 29 91, (050) 225 27 67