...

Akif Əlizadə: AMEA işçisi olmayanlara mənzil verilməyəcək

Cəmiyyət Materials 7 İyul 2017 12:56 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün yeni tikilən binada mənzillər mərhələli şəkildə paylanacaq.
Akif Əlizadə: AMEA işçisi olmayanlara mənzil verilməyəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün yeni tikilən binada mənzillər mərhələli şəkildə paylanacaq.

Trend-in məlumatına görə, bunu akademiyanın prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, mənzillər birinci mərhələdə elmlər doktoru, ikinci mərhələdə isə fəlsəfə doktorlarına veriləcək: "Qalan mənzillərin kimə veriləcəyini hələ demək olmaz. Mənzil növbəsində dayanan şəxslər var. Bütün proseslər qaydaya uyğun aparılacaq. Heç bir qayda pozuntusuna yol verilməyəcək".

Akademik qeyd edib ki, yataqxanada yaşayan, lakin AMEA işçisi olmayan şəxslərə AMEA tərəfindən mənzil verilməyəcək: "Onların necə yerləşdiriləcəyini bilmirəm. Onlar akademiyada işləmədiklərindən AMEA onlara heç bir yardım göstərə bilməz".

A.Əlizadə AMEA işçilərinin hazırkı yataqxanasının sökülüb-sökülməyəcəyinin də ərazidə tikinti işləri aparan şirkətdən asılı olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti