...

Rumıniya səfiri Tərcümə Mərkəzində

Cəmiyyət Materials 13 İyul 2017 14:48 (UTC +04:00)
İyulun 13-də Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dan İanku və xanımı Mihaela İanku Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Rumıniya səfiri Tərcümə Mərkəzində

Bakı. Trend:

İyulun 13-də Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dan İanku və xanımı Mihaela İanku Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rumıniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə tərcümə və nəşr olunmuş Ejen İonesko, Mirça Kerteresku və digər tanınmış rumın ədiblərinin əsərlərindən söz açılıb.

Artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Rumıniyada, rumın yazıçı və şairlərindən ibarət toplunun Azərbaycanda nəşrinə dair məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti