...

"Müasir Azərbaycan nəsri antologiyası" Gürcüstanda işıq üzü görüb

Cəmiyyət Materials 14 İyul 2017 14:51 (UTC +04:00)
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.
"Müasir Azərbaycan nəsri antologiyası" Gürcüstanda işıq üzü görüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

Gürcüstanın "İntellekti" nəştiyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tiflisdə keçiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti