...

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib (FOTO)

Cəmiyyət Materials 22 İyul 2017 13:45 (UTC +04:00)
Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.
İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti