...

Nazirlik: Şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarı normayadək enəcək

Cəmiyyət Materials 24 Avqust 2017 10:36 (UTC +04:00)
Atmosfer havasında müşahidə olunan tozun miqdarı sutka ərzində norma həddinə qədər enəcək.
Nazirlik: Şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarı normayadək enəcək

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirib, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən 23 avqust gün ərzində və 24 avqust gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.

Qeyd edək ki, ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti