...

“EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2017 21:58 (UTC +04:00)
Qazaxıstanda keçirilən “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb
“EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

Qazaxıstanda keçirilən “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb.

Trend-in sərgisinin ictimaiyyətlə əlaqələr departamentinə istinadən verdiyi xəbərə görə, sərgidə 400-700 kvadratmetrlik sahədəki pavilyonlar arasında “Sərgi dizaynı” nominasiyasında Azərbaycan pavilyonu gümüş mükafata layiq görülüb.

Bu nominasiyada bürünc mükafatı Monako, qızıl mükafatı isə Qətər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti