...

Ali təhsil sektorunun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığı qiymətləndiriləcək

Cəmiyyət Materials 21 Sentyabr 2017 09:25 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasına səfər etmiş Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib.
Ali təhsil sektorunun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığı qiymətləndiriləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasına səfər etmiş Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüşdə təhsil missiyasının üzvləri – Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin baş iqtisadçıları İqor Xeyfets və Katia Herrera Sosa, həmçinin DİM-in Direktorlar Şurasının sədrinin müavini Namiq Babayev, Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin müdiri Oleq Şelaqinov, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilov, Strateji inkişaf şöbəsinin müdiri Fuad Mayılov iştirak ediblər.

Təhsil missiyasının səfərinin məqsədi Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək və sektorun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərməkdir.

Missiya öz səfəri çərçivəsində Dünya Bankının hamı üçün təhsil imkanlarının yaradılması və ölkənin təhsil sisteminin gücləndirilməsinə yardım etmək məqsədi daşıyan “Daha Yaxşı Təhsil Nəticələri üçün Sistem Yanaşması” (SABER) təşəbbüsü çərçivəsində Ali Təhsil və Biznes İnkubatorları üzrə Məsləhət proqramı və Uşaqların Erkən İnkişafı siyasətinin SABER təhlili üzrə metodologiyanı təqdim edib.

DİN-in Direktorlar Şurasının sədri M.Abbaszadə DİM-in yaradılması, fəaliyyəti, biliyin qiymətləndirilməsi sahəsində qurumun ölkədə rolu barədə görüş iştirakçlarına ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti