Bakı. İlhamə İsabalayeva - Trend:
Hazırda gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq prokurorluq işçilərinin 65 faizini təşkil edir.
rend-in məlumatına görə, bu, Azərbaycanın baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Z.Qaralov bildirib ki, ümumilikdə 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Dövlət İmtahan Mərkəzi) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 10 və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 7 müsabiqə keçirilməklə başa çatmışdır.
Həmin müsabiqələr nəticəsində 780 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir. İslahatlara qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının cəmi 3 faizinə bərabər olduğu halda qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi nəticəsində gənc prokurorluq əməkdaşlarının sayı əhəmiyyətli dərəcədə artaraq hazırda prokurorluq işçilərinin 65 faizini təşkil edir.